“M.ə.Rəsulzadə bələdiyyəsinin 10 dekabr 2021-ci il tarixli iclasında qəbul olunmuş 65 saylı qərarında əmək haqqı və ona sığorta haqları üzrə ödəniş məbləğləri müəyyən edilərkən bu məbləğlərin ümumi büdcə gəlirinin 50%-dən çox olmamasına ciddi riayət olunması qeyd edilmişdir”- bu fikirləri Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib.
Həmin gün qəbul qərarda daha sonra işçilərə hər ay əmək haqqının təsdiq olunmuş ştat cədvəli və tabel əsasında hesablanması, buna müqabil dövlət büdcəsinə vergi, sığortaedənin və sığortaolunanın hesabına məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı, işsizlik sığortası, həmçinin həmkarlar ittifaqına üzvlük haqqı və işçilərin razılığına əsasən Silahlı Qüvvələrin Yardım Fonduna tutulacaq və köçürüləcək məbləğlər mövcud qaydalara uyğun olaraq 2022-ci il bələdiyyə büdcəsinin özünüidarəetmə orqanının saxlanması xərcləri hesabına həyata keçirilməsi göstərilmişdir.
Sədrin sözlərinə görə, yerli özünüidarəetmə orqanının saxlanması xərcləri daxilində əsas amillərdən biri də işçilərin əmək haqqı xərc maddəsidir. Yerli özünüidarəetmə orqanı aparatının saxlanması ilə əlaqədar olaraq 2022-ci ilin büdcə smetasında nəzərdə tutulmuş xərc maddələri üzrə vəsaitlər cari ilin yanvar ayından ilin sonuna kimi hər ay üçün ayrılaraq bölgü aparılmış və bölgü bələdiyyə iclasının 10.12.2021-ci il tarixli 65 saylı qərarı ilə təsdiq edilmişdir.
Sədr daha sonra bildirib ki, M.ə.Rəsulzadə bələdiyyədə daimi əsaslarla işləyən 5 nəfər bələdiyyə üzvünə və orta hesabla 35 nəfər bələdiyyə qulluqçusuna, ümumilikdə 40 nəfər işçiyə 2022-ci ildə 236.426 manat əmək haqqı və əmək haqqına 42.215 manat sığortaolunanın hesabına məcburi dövlət sosial sığorta ayırması hesablanmışdır.
Hesablanmış əmək haqqı və məcburi sosial sığorta haqqı ayırması cəmi 278.641 manat xərc vəsaiti ümumi xərcə nisbətdə 40,2 % təşkil etmişdir.
Orta faktiki hesabla 40 nəfər işçinin gəliri 19.702 manat olmaqla orta aylıq əmək haqqı 493,00 manat təşkil etmişdir.
Belediyye.info